Xəbər lenti

“Titanik”in menyusu satıldı
Dünya05:10 20.10.2014

“Titanik”in menyusu satıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Titanik” gəmisinin restoranda birinci sinif sərnişinləri üçün hazırlanmış menyu hərraca çıxarılıb.

ANS PRESS-in məlumatına görə, “Henry Aldridge & Son” adlı ev muzeyinin İngiltərənin Uiltşir şəhərində keçirdiyi hərracda “Titanik” gəmisinin restorandakı nahar yeməyinin menyusu 96,5 milyon dollara satılıb. 

Gəminin bir neçə menyusu olsa da, 12 aprel 1912-ci il tarixinə aid tək menyu budur. 

Menyuda göstərilir ki, həmin gün verilən nahar yeməyində sərnişinlərə noxud şorbası (sup) və quzu ətindən bişirilmiş kotlet təklif edilib. 

Hərracda gəmiyə aid 250 əşya olub ki, onlardan bir çoxları öz alıcılarını tapıb. 

Qaynar.info