Xəbər lenti

Tıxacdan bezən milyarder özü üçün tunel çəkdirir
Dünya10:39 26.01.2017

Tıxacdan bezən milyarder özü üçün tunel çəkdirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, məşhur milyarder İlon Mask işə vaxtında çatmaq və tıxacdan birdəfəlik canını qurtarmaq üçün Los-Ancelesdə tunel çəkdirir.

Qaynarinfo.Az avtosver.az-a istinadən xəbər verir ki, o, bu haqda “Tvitter” hesabında yazıb: “Tıxac məni dəli edir. Bu səbəbdən tunel qazan maşın düzəldib, yeri qazmağa başlayacam”.

Bir çox istifadəçilər bunu zarafat kimi qəbul etsə də, “SpaceX”-in sahibi sonrakı tvitində bunu təsdiq edib: “Tunel məsələsində möhtəşəm proses gedir. Bir aya qazmağa başlayacam”.

Tunelin bir çıxışı Los-Ancelesdə “SpaceX”-in ofisinə çıxacaq. Tunel vasitəsilə aeroporta 5 dəqiqəyə çatmaq mümkün olacaq. Ola bilsin ki, tunelin digər çıxışı Teslanın ofisinə çıxacaq. Bu isə təxminən 500 km edir.

Qaynarinfo.Az