Aİ-nin Belarus rəhbərliyinə tətbiq etdiyi sanksiyalar ölkə prezidenti Aleksandr Lukaşenkoya təzyiq göstərmək gücündə deyil. Bu gülüncdür.
Qaynarinfo xəbər verir ki, bu sözləri Belarusun prezidentliyə keçmiş namizədi və müxalifət lideri Svetlana Tixanovskaya Sunday Times-a deyib.
AB Belarus səlahiyyətlilərinə qarşı sanksiya siyahısını bir neçə dəfə genişləndirib. Məhdudiyyətlər avqustda keçirilmiş prezident seçkilərinin nəticələri və ölkədəki etirazların şiddətlə dağıdılması ilə əlaqədardır. AB-yə görə, Prezident Aleksandr Lukaşenko da daxil olmaqla, şiddətli repressiya və təhdiddə günahkar olan onlarla insan sanksiyalar siyahısına düşüb.
Alpər