Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya etirazların taktikasını dəyişdirmək niyyətində olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, TV3-ün efirində "ölkə sakinlərinin təqribən 80%-i dəyişiklik istəyir" və küçələrə çıxmağa hazırdırlar, ancaq etiraz hərəkatı başqa formalar müəyyən edəcək.
Tixanovskayanın sözlərinə görə, etirazların daha təsirli olması üçün taktikalar dəyişdirilməlidir. Bunun üçün "hər addımı çox dəqiq düşünmək” lazımdır.
"Hər gün Belarusda ən qısa zamanda yeni, ədalətli seçkilərin keçirilməsini təmin etmək üçün əlimizdən gələni edirik", - keçmiş prezidentliyə namizəd deyib.
O, ölkədəki etirazçılara qarşı kütləvi həbs və zorakılığın beynəlxalq səviyyədə araşdırılmalı olduğunu vurğulayıb.
Alpər