Belarusda son prezident seçkilərində müxalifətin vahid namizədi, hazırda xaricdə fəaliyyət göstərən Belarusun Birgə Keçid Kabinetinin rəhbəri Svetlana Tixanovskaya bildirib ki, Belarusun azad edilməsində hərbi yardım üçün Vladimir Zelenskiyə müraciət etmək variantını istisna etmir.
Qaynarinfo xəbər verir ki, o bu barədə ukraynalı jurnalist Natalya Moseyçuka verdiyi müsahibəsində bildirib.
Onun özlərinə görə, Belarusun azadlıq hərəkatında heç bir senari, o cümlədən "güc” sneraisi istisna edilə bilməz.
"Başa düşürəm ki, təkcə "Kalinovçu”lar (Ukrayna tərəfindən vuruşan əslən belaruslulardan ibarət olan Kastusya Kalinovski adına alay nəzərdə tutulur – red.) kifayət deyil. İlk növbədə ölkə daxilində güclü dəstəyə ehtiyacımız var. Bu fürsət pəncərəsi açılanda, o cümlədən Belarus ordusu bizə dəstək olmalıdır”, - Tixanovskaya bildirib.
Jurnalistin "Siz belə bir senari görürsünüzmü ki, Belarusun azad edilməsinə kömək etmək xahişi ilə Ukraynanın Ali Baş Komandanı Volodimir Zelenskiyə müraciət edəcəksiniz” sualına Belarusun müxalifətinin lideri "bunu istisna etmirəm” cavabını verib.
Nizami Bağırov