Xəbər lenti

Tixanovskaya ruslara müraciət etdi: “Rusiya KİV-in təbliğatına inanmayın”
Dünya07:52 09.09.2020

Tixanovskaya ruslara müraciət etdi: “Rusiya KİV-in təbliğatına inanmayın”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus müxalifətinin lideri, keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskayanın yeni müraciəti yayılıb. 
Qaynarinfo xəbər verir ki, müraciətdə müxalifətin tələbləri sadalanıb, eləcə də ruslardan Rusiya KİV-lərinin təbliğatına inanmamalarını xahiş edilib.
"Bu, heç bir mərhələdə Rusiyaya qarşı mübarizə deyildi və əminəm ki, olmayacaq da", - Tixanovskaya deyib və əlavə edib: "Rus təbliğatı baş verənləri mümkün qədər təhrif etməyə çalışır, sizi bu yalanın təsirinə düşməməyə, belarusların Aleksandr Lukaşenkonun seçilməsinə qarşı çıxmasının əsl səbəbini bilməyə çağırıram”. Onun sözlərinə görə, Lukaşenko seçkiyə təkrar seçilmə şansı və xalqın dəstəyi olmadan, zəif iqtisadiyyat və ölkədə hüquq və azadlıqların olmaması şəraitində gedib. Bu səbəbdən bildiyi tək taktikanı seçib - "müstəqil namizədlərin seçkilərə buraxılmaması, həbsxanalara atılması və ölkədən çıxarılması".
"Ancaq buna baxmayaraq, Lukaşenko məğlub oldu", - Tixanovskaya deyib və nəticələrin saxtalaşdırıldığını, bununla bağlı protokolları yenidən yazmağa məcbur edilən seçki komissiyaları üzvlərinin açıqlamalarının da bunu sübut etdiyini vurğulayıb.
Tixanovskaya qeyd edib ki, əksər ölkələr seçkilərin nəticələrini qanuni olaraq tanımayıb, amma ən əsası etiraz aksiyalarına davam edən belarusların özləri bu seçkini tanınmayıb. O, Lukaşenkonun hakimiyyətini yalnız mitinqlərin inanılmaz dərəcədə vəhşicəsinə dağıdılması sayəsində qoruduğunu vurğulayıb. Tixanovskaya 10 mindən çox insanın həbs olunduğunu, 7 nəfərin öldüyünü, yüzlərlə insana işgəncə verildiyini bildirib.
Tixanovsakaya Belarus xalqının üç sadə tələbi olduğunu vurğulayıb - Lukaşenkonun getməsi, ədalətli seçkinin keçirilməsi və bütün siyasi məhbusların sərbəst buraxılması.
Tixanovskayaya görə, Rusiya və bütün qonşularla dostluq münasibətlərinin qorunması, lakin Belarusun suverenliyinə hörmətlə yanaşılması çox vacibdir. 
Tixanovskaya Belarus xalqına dəstək olan və propoqanda ilə mübarizədə kömək edən bütün qayğıkeş ruslara, bloggerlərə, Rusiya Federasiyasından olan jurnalistlərə təşəkkür edib.
Alpər