Türkiyə Taxıl Şurasının (TZS) rəhbəri Əhməd Güldal bildirib ki, təxribat Derincə limanında partlayışa səbəb ola bilər, lakin bunun ehtimalı azdır. O, limanda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini vurğulayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN Türk məlumat
yayıb.
"Bura liman ərazisidir və təhlükəsizlik yoxlamalarından keçməmiş heç kim ora girə bilməz. İstər dövlət qulluqçusu olsun, istərsə də işçi (limanın. - "b”) içəri girə bilməzlər. Bütün versiyalar, əlbəttə ki, qiymətləndiriləcək, lakin bu (təxribat versiyası – red.) daha zəif hesab olunur", - Güldal bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bildirib ki, Derincə limanında baş verən partlayış nəticəsində silosdakı ərzaq ehtiyatlarının 20%-i zədələnib. Söhbət 8 milyon tondan yox, 15 min ton ehtiyatdan gedir.
"Limanın ümumi tutumu 95 min tondur. Partlayışın baş verdiyi silosda 75 min ton ehtiyat var idi. İlkin hesablamalara görə, bu ehtiyatın təqribən 20%-i (təxminən 15 min tonu) zədələnib”, - Prezident Administrasiyası ilə Əlaqələr İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Administrasiyanın açıqlamasında o da qeyd olunur ki, 8 milyon ton ehtiyatın məhv edilməsi ilə bağlı daha əvvəl bir sıra türk mediasında yayılan iddialar doğru deyil.
Xatırladaq ki, limanda partlayış dünən, avqustun 7-də gəmilərin taxıl yükləndiyi ərazidə baş verib. Nəticədə 16 taxıl silosundan 13-ü zədələnib, azı 12 nəfər xəsarət alıb. Şura bildirib ki, partlayış tozun sıxılması nəticəsində baş vermiş ola bilər. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, partlayış nəticəsində limandakı gəmilərə ziyan dəyməyib.
Nizami Bağırov