Xəbər lenti

Tofiq Yaqublu ilə bağlı danışıqlar gedir - Hüquq müdafiəçisi
Ölkə07:40 11.09.2020

Tofiq Yaqublu ilə bağlı danışıqlar gedir - Hüquq müdafiəçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tofiq Yaqublu ilə bağlı danışıqlar gedir”.
Bunu Qaynarinfo-ya açıqlamasında  Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu həbsinə etiraz olaraq 10 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun vəziyyətindən danışarkəın deyib. O bildirib ki, Tofiq Yaqublunun tezliklə azadlığa çıxması ilə bağlı müraciətlər olunur:
"Biz müraciət etmişik. Tofiq Yaqublu ilə bağlı bu gün də müraciətlərimiz davam edir. Gözləyirik. Danışıqlar gedir. Biz ümidimizi itirmirik. Ümidimiz coxdur”.
Qeyd edək ki, Tofiq Yaqublu bu il martın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Sentyabrın 1-də Nizami Rayon məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilməsini istəyib. 
Bahar Rüstəmli