Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinə böhran vəziyyətlərinin mümkün təhdidlərinə cavab verməyə hazırlaşmağı tapşırıb. Priqojinin üsyanı ilə əlaqədar Təhlükəsizlik Şurasının fövqəladə iclasında Qazaxıstan lideri bu barədə əmr verib.
Qaynarinfo bu barədə Gazeta.ru-ya istinadla xəbər
verir.
"Görüş zamanı ölkədə maliyyə-iqtisadi sabitliyin, eləcə də Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi qeyd edilib”, - Tokayev administrasiyası bildirib.
İyunun 24-də Rusiya prezidenti Vladimir Putin üsyanla bağlı vəziyyət fonunda Tokayevə zəng edib. Qazaxıstan rəhbəri vurğulayıb ki, baş verənlər Rusiyanın daxili işidir.
Alpər