Xəbər lenti

Tonoyan yenidən saxlanıldı
Dünya08:06 30.09.2021

Tonoyan yenidən saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan böyük həcmdə pul vəsaitlərini mənimsəməkdə ittiham olunaraq yenidən saxlanılıb.
Bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Məlumata əsasən, Tonoyanla yanaşı silah alverçisi David Qalstyan da saxlanılıb.
Bildirilir ki, hər iki şəxs ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatları alarkən yol verilən çox sayda pozuntular və vəzifə öhdəliklərini aşma ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.
Qeyd edək ki, dünən 2018-2020-ci illərdə Ermənistanın müdafiə naziri olmuş David Tonoyanın evində axtarış aparılıb və bunun ardınca Tonoyan saxlanılıb. Buna baxmayaraq, məhkəmə onu heç yerə getməməsi şərti ilə azadlığa buraxmışdı. /"Qafqazinfo”