Xəbər lenti

Tonqa vulkanının püskürməsi dəniz axınlarını görünməmiş dərəcədə sürətləndirib
Dünya10:18 08.09.2023

Tonqa vulkanının püskürməsi dəniz axınlarını görünməmiş dərəcədə sürətləndirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya və Yeni Zelandiyadan olan beynəlxalq alimlər qrupu 2022-ci ilin yanvarında Hunqa Tonqa-Hunqa Haapai adaları yaxınlığında dənizaltı vulkanın püskürməsinin indiyə qədər qeydə alınan ən sürətli okean axınlarını yaratdığını müəyyən edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Science” elmi jurnalında dərc olunan məqalədə deyilir.
Vulkanın püskürməsi nəticəsində daş, kül və qaz axınları 122 km/saat sürətlə dənizin dibinə səpələnib. Vulkanoloqlar kataklizm nəticəsində zədələnmiş sualtı kabelin zədələnmə vaxtı və yeri haqqında məlumatlardan istifadə etməklə onların hərəkət dinamikasını hesablayıblar.
Alimlər həmçinin müəyyən ediblər ki, Hunqa Tonqa-Hunqa Haapai püskürməsi atmosferə 57 km rekord hündürlükdə dağıntılar atıb və ayrılan enerji yüzlərlə atom bombasının eyni vaxtda partlaması ilə müqayisə oluna bilər.
Daha əvvəl meteoroloqlar aşkar etmişdilər ki, sualtı Hunqa Tonqa-Hunqa Haapai vulkanının partlamasından sonra nəhəng su buxarının qalxması nəticəsində Yerin ozon təbəqəsində dəlik yaranıb.
Aydın