Topaz Premyer Liqasının yayım hüququ haqda Türkiyə mətbuatı şok iddia ilə çıxış edib. “Qafqazinfo” xəbər verir ki, qardaş ölkə mətbuatı Azərbaycan çempionatının 2015/16 mövsümü üzrə yayım hüququnu "Saran Qrup"un aldığını bildirib.
Xəbərdə qeyd olunur ki, bütün canlı yayımlar məhz bu şirkət tərəfindən həyata keçirilir və "CBC" kanalı vasitəsilə tamaşaçılara çatdırılır.
Qeyd edək ki, AFFA rəsmi saytı vasitəsi ilə yayım hüququnu CBC telekanalının aldığını elan etmişdi.
Qaynar.info