Dekabrın 9-da ABŞ-ın Tennessi ştatını dağıdıcı qasırğa vurub və nəticədə on minlərlə yerli sakin işıqsız qalıb. Təbii fəlakət nəticəsində ölənlər və yaralananlar olub.
Qaynarinfo bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Fövqəladə hallar xidmətinin məlumatına görə, tornado nəticəsində biri 2 yaşlı uşaq olmaqla 6 nəfər ölüb. Daha 23 nəfər yaralanaraq xəstəxanalara çatdırılıb. Bu günə qədər polis təbii fəlakətin qurbanı olan 6 nəfərdən yalnız 3-nün şəxsiyyətini müəyyən edə bilib.
Klarksvil şəhərinin meri Co Pitts bildirib ki, tornado bütün ştata ciddi ziyan vurub. Tennessi ştatında təbii fəlakət nəticəsində 80 mindən çox istehlakçının işıqsız qaldığı qeyd edilir.
Aydın