Xəbər lenti

Tovuzdakı dəhşətli qəzada ölənlərin adları bilindi - SİYAHI
Ölkə07:32 10.07.2015

Tovuzdakı dəhşətli qəzada ölənlərin adları bilindi - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş verən ağır yol qəzası barədə məlumat yayıb. 

Nazirlikdən Qaynar.info-ya verilən məlumata görə, Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. 

Avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat etdib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.

Bu gün səhərə yaxın Tovuz rayonunda baş verən dəhşətli qəzada ölən və yaralananların adları da məlum olub. 

Tovuz rayon mərkəzi xəstəxanasının baş həkiminin köməkçisi Mahirə Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, qəza zamanı 4 nəfər ölüb. Ölənlər arasında 3 yaşlı körpə də var. 

Ölən ailənin üzvləri aşağıdakılardır: 

1. 1981-ci il təvəllüdlü Məmmədov Nadir Məhəmməd oğlu.

2. 1988-ci il təvəllüdlü Tanrıverdiyeva Nərmin Zahid qızı (həyat yoldaşı)

3. 2005-ci təvəllüdlü Məmmədov Aslan Nadir oğlu.

4. 2012-ci il təvəllüdlü Məmmədova Əsma Nadir qızı.

Qəza nəticəsində avtobusun 7 sərnişini də yaralanıb. Onlardan altısına Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Yaralılar aşğıdakılardır:

1.Eminov Nurəddin Allahyar oğlu- 1951-ci il

2.Mütəllimova Esmira Nəriman qızı- 1966-cı il

3.Mehdizadə Əli Azər oğlu- 1994-cü il

4.İbrahimov Cavad Əsəd oğlu- 1936- cı i

5.Məmmədrzayeva Gülbadə Əmirxan qızı- 1951- ci il

6.Mehrəliyeva Asya Ələsgər qızı- 1936- cı il

Vəziyyəti ağır olan şəxs Quliyev Elmir Əziz oğlu reanimasiyadadır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət açılıb, araşdırma aparılır.

Qaynar.info