Türkiyənin paytaxtı Ankara şəhərində, Konya yolu üzərindəki oteldə keçirilən kiçik toy mərasiminə silahlı hücum baş verib.
Report-un məlumatına görə, bu barədə "Habertürk" xəbər yayıb.
Məlumatda bildirilir ki, naməlum şəxslər mərasimdə iştirak edən qonaqlara odlu silahdan atəş açıb. Nəticədə 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Yaralananlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir. Polis cinayətkarların yaxalanması məqsədilə əməliyyata başlayıb.
Qaynarinfo.Az