Xəbər lenti

Toy müğənniləri necə seçilir? - şadlıq evlərindən narazılıq - VİDEO
Ölkə19:39 03.10.2016

Toy müğənniləri necə seçilir? - şadlıq evlərindən narazılıq - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Toylarda adətən müğənni və ansamblın qiyməti  şadlıq sarayındakı ümumi məbləğə daxil edilir. Bu isə bəzən toy sahibinə heç də yaxşı başa gəlmir.

Toyların bir çoxunda əylənmək əvəzinə hətta toydan yarımçıq çıxanlar da olur. Buna səbəb isə daha çox toydakı müğənninin insanı bezdirən ifası olur. Nəticədə  toy sahiblərinin aylarla, hətta illərlə hazırlaşdıqları məclisdən qonaqlar narazı gedir.

Restoran sahibləri isə toylardakı bu vəziyyətlə toy sahiblərinin qarşılaşmaması üçün əvvəlcədən onları xəbərdar etdiklərini bildirirlər.

Hətta şadlıq sarayalarının işçilərinin sözlərinə görə, bəzən toy günü arzuolunmayan vəziyyətdə toy sahibi qalanda isə onlara bəzi yardımlar göstərə bilirlər.

İnzibatçılar deyir ki heç də hər kəsi toy müğənnisi kimi işə götürmürlər. Bunun üçün onların öz meyarları var.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirirlər ki, istənilən adam müğənni ola bilər və bu seçimi şadlıq evləri özləri aparır. Yəni bununla bağlı hər hansı bir standart yoxdur.

Tanınmış incəsənət xadimləri deyir ki, toy ən qədim el adətlərindənm biridir. Gələn qonaqlar da bura əylənməyə gəlir. Əsas olan məhz gələn qonaqların zövqünü oxşamaqdır, bunu isə hər adama həvalə etmək olmaz.(Xəzər Xəbər)

Qaynarinfo.Az