
İraqın cənubunda silahlılar toya basqın ediblər.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, insident Kərbəlanın yaxınlığında yerləşən Ayn əl-Tampda, şiələrin yaşadığı ərazidə baş verib.
Polisin məlumatına görə hücumçular 5 nəfər olublar. Onlar avtomatdan bəylə-gəlinə və toydakılara atəş açıblar. 15 nəfərin öldüyü bildirilir.
Hücumun məsuliyyətini hələ ki heç bir təşkilat üzərinə götürməyib. Ehtimal olunur ki, hücumun səbəbi tayfalar arası dava ola bilər.
Qızılgül
Qaynarinfo.Az