Xəbər lenti

Toyuna bir gün qalmış başqası ilə qaçan qızdan xəbər var
Ölkə15:15 22.11.2016

Toyuna bir gün qalmış başqası ilə qaçan qızdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qız evinə verdiyim pulun yarısını geri ala bildim”. Bunu aznews.az-a açıqlamasında toya bir gün qalmış nişanlısı başqasına qoşulub qaçan oğlanın atası, İsmayıllı kənd sakini C.M. bildirib. 
O, bundan əlavə gəlinə aldıqları bütün qızılları da onlardan geri aldığını qeyd edib: “Mən istəyimi yerinə yetirdim. Qız evi gəlib bizdəki bütün cehizini apardı. Toya çəkdiyim xərcin isə yalnız bir hissəsini geri ala bildim. Daha onlarla maraqlanmırıq”.
C.M. oğlunun hələ də subay olduğunu vurğulayıb: “Hələ evlənməyib. Bəlkə qarşıdakı illərdə evlənər. Bir ata kimi istəyim onu xoşbəxt görməkdir”.
Bir müddət öncə Ağsu rayonunda qız toyuna bir gün qalmış başqası ilə qaçıb. Qızın qaçma səbəbi ailəsinin onu sevmədiyi oğlanla evliliyə məcbur etməsi olub.
Qaynarinfo.Az