
Dünyanın ən böyük kabriolet maşın kolleksiyası üzə çıxıb.
Anspress-in məlumatına görə, üstü açıq maşınlar 25 il bir depoda unududlublar. Kolleksiya alman əsilli amerikalı rəssam Max Peterə aid olub. Maşınların bəziləri 60 illik tarixə malikdirlər. Depoda ümumilikdə 36 kabriolet maşın var. Maşınların dəyəri 250 min -1 milyon dollar arasında dəyişir.
Kolleksiya yay aylarında tapılıb. Bu tarixi maşınları amerikalı milyarder Heller ailəsinin bir üzvü satın alıb.
Kolleksiyanın ən yeni modeli 1989-cu ildə istehsal edilib. Məhz ən yeni model hesab edilən kabriolet işlək hala gətiriləndən sonra hərraca çıxarılacaq.
Qaynar.info








