Xəbər lenti

TQDK-nın ləğvi təhsil sisteminə hansı tövhələr verəcək? - Ekspertdən şərh
Ölkə08:42 12.04.2016

TQDK-nın ləğvi təhsil sisteminə hansı tövhələr verəcək? - Ekspertdən şərh

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Cüzi bir dəyişiklik biliklərin qiymətləndirilməsində mənfi rol oynayacaq".

Bu sözləri Qaynar.info-ya açıqlamasında təhsil üzrə ekspert Etibar Əliyev yeni yaradılan Dövlət İmtahan Mərkəzinin Azərbaycan təhsil sisteminə hasnı tövhələr verəcəyini şərh edərkən deyib.

Etibar Əliyevin sözlərinə görə, prezidentin indiki fərmanına qədər biliklərin qiymətləndirilməsində bir sistemsizlik var idi: "Yəni bir qurum vətəndaşların dövlət qulluğuna qəbulunu həyata keçirir, TQDK ümumi təsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini,  orta təhsil, ali təhsil müəssələrində bakalavr və magistr səviyələrinə tələbə qəbulu həyata keçirirdi. Digər tərəfdə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsinə tələbə qəbulu qalırdı. Göründüyü kimi 3 müxtəlif qurum fəaliyyət göstərirdi və ən geniş səlahiyətlər TQDK-nın əlində cəmləşirdi. 

Etibar Əliyev

TQDK üzərinə düşən öhdəlikləri və dövlətin tələbə qəbulu siyasətini layiqincə yerinə yetirən, cəmiyyətdə kifayət qədər nüfuz qazanmış bir qurum olub". 

Ekspertin fikrincə, yeni yaradılan mərkəz biliklərin qiymətləndirilməsini daha sistemli şəkilə salacaq: "Quruma bütün hüquqlar verilib. Yekun qiymətləndirmənin təşkili məqsədilə ümum təhsil müəsisələrinin 5 və 11-ci siniflər arasında monitorinq imtahanlarının keçirilməsini təşkil edəcək. İmtahan fənləri üzrə qəbul proqramlarını Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşdırmaqla bu qurum hazırlayır. Ən əsası abituriyentlərin test üsuli ilə imtahanlara hazırlaşmasına kömək məqsədilə ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları təşkil etmək hüquqları var. Göründüyü kimi yeni yaradılan Dövlət İmtahan Mərkəzinə xeyli hüquq və səlahiyətlər verilib. İnanıram ki, mərkəz gələcəkdə Azərbaycanda biliklərinin qiymətləndirilməsində obyektivlik və şəffaflığa riayyət edəcək.

Hazırda cəmiyyətdə müəyyən informasiya qıtlığı mövcuddur. Qəbul imtahanlarına az vaxt qaldığından imtahanların meyarının dəyişib dəyişməyəcəyi ilə əlaqəli suallar ortaya çıxır".

Etibar Əliyev son olaraq qeyd etdi ki, qəbul imtahanların formatında heç bir dəyişiklik olmayacaq: "Cüzi bir dəyişiklik biliklərin qiymətləndirilməsində mənfi rol oynayacaq. Ona görə də abituryentlər əvvəlki qaydada imtahana hazırlaşmalı və imtahan verməlidirlər. Hələlik imtahanın formatının dəyişməsi və başqa qaydada keçrilməsi müzakirə mövzusu deyil".

Qafqaz Rafiqoğlu

Qaynar.info