
11 yaşlı Frank Cacço Ağ Evə məktub yazaraq həyətin otlarını biçmək istədiyini bildirmişdi.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin həyəti "Rose Garden"də prezident Donald Tramp Frank Cacçonu qəbul edib. Tramp Frankı "Ölkənin gələcəyi" adlandıraraq "Böyüyəndə nə olmaq istəyirsən?" sualını verib və "Donanma komandiri" cavabını alıb.
Otları biçmək üçün 8 dollar məbləğ tələb etdiyini deyən Frank Ağ Evdən bu iş üçün pul istəməyəcəyini və bunun şərəf olduğunu deyib.
Qeyd edək ki, həyətin otlarını biçən və yabanı bitkilərdən təmizləyən Cacço iş üçün xüsusi eynək, qulaq tıxacı və ot biçən maşından istifadə edib.
Gülşən
Qaynarinfo.Az