ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən seçiləcəyi təqdirdə, Rusiyadan təhlükə olsa belə, NATO müttəfiqlərinə kömək etməyəcəyinə dair bəyanatları Avropa rəsmilərini Alyansa "ümumqitə əlavəsi” yaradılmasını müzakirə etməyə məcbur edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post”
yazır.
Qəzetin yazdığı kimi, belə bir "NATO əlavəsi” ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə birlikdə işləməli, eyni zamanda "Amerika zəmanətləri ləğv edilərsə, etibarlı alternativ rolunu oynamalıdır”.
WP-yə görə, belə müzakilər müttəfiqlər arasında ciddi mübahisələrə səbəb olub. Xüsusilə, Fransa və Almaniya bunun əvəzini kimin ödəyəcəyi ilə bağlı razılığa gələ bilmirlər və Şərqi Avropa ölkələri Qərbi Avropanın Rusiya təhdidlərinə qarşı durmaq əzminə inanmırlar. Qitə üzərində "nüvə qalxanı” məsələsi də həll olunmamış qalır.
Paralel olaraq Avropa rəsmiləri respublikaçıların hansı şərhlərin və ya güzəştlərin razı salacağını araşdırırlar. Məsələn, Ukrayna və NATO-ya dəstək müqabilində Çinə qarşı daha sərt addımlar atılacağı vədi. Bununla belə, az adam konkret addımlar atmağa cürət edir, jurnalistlər yazır.
Nizami Bağırov