Xəbər lenti

Tramp Ağ Evə qayıdır - İranı nə gözləyir? (ŞƏRH)
Dünya 17:30 19.02.2024

Tramp Ağ Evə qayıdır - İranı nə gözləyir? (ŞƏRH)

ABŞ-ın sabiq prezidenti Donald Trampın Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsini onun ölkədəki tərəfdarlarının 49%-i dəstəkləyib. Bunu "Reuters” və "Ipsos”un birgə keçirdiyi sosioloji sorğunun nəticələri də göstərir. 

Sorğunun nəticələrinə əsasən, respondentlərin 12 faizi ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin, 11 faizi Florida qubernatoru Ron Desantisin, 4 faizi iş adamı Vivek Ramasvaminin, daha 4 faizi isə Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristinin Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyib. Sorğu iştirakçılarının 22%-i digər siyasətçiləri dəstəkləyib və ya cavab verməyib. 

Qeyd edək ki, artıq Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi ABŞ-də keçiriləcək prezident seçkilərindəki namizədliyi geri götürüb. 

Siyasi şərhçi Kənan Rövşənoğlu da hesab edir ki, Trampin yenidən prezident seçilmək şansı yüksəkdir. Qaynayinfo-ya açıqlamasında siyasi şərhçi bildirib ki, bunu son sorğular da göstərir:



"Baydenin Ukrayna, Yaxın Şərq siyasətindəki nəticəsizliklər, ölkə daxilində işsizlik, bahalaşma və Meksika sərhədi kimi həssas mövzularda həll yolu tapa bilməməsi onun şansını azaldır. Bu mənada noyabrdakı seçkilərdə Trampın qalıb gəlməsi ehtimalı yüksəkdir. Həm də nəzərə almaq lazımdır ki, Tramp bir siyasi fiqur deyil, həm də mühafizəkar cinahin güclü qanadını təmsil edəcək edir". 

Kənan Rövşənoğlu bildirib ki, Tramp yenidən Ağ Evə qayıdarsa, İrana müharibə elan edəcəyinə inanmır:

"Əlbəttə, son Qəzza müharibəsi İranın ABŞ üçün xeyli dərəcədə ciddi problemə çevrildiyini göstərdi. Ancaq düşünmürəm ki, bu problemin həlli yolu İrana qarşı hərbi əməliyyat, yəni müharibə olacaq. Çünki bu daha böyük problem və riskdir. Ancaq əlbəttə ki, gərginlik daha da yüksələcək. Çunki Trampın bundan əvvəlki fəaliyyət dövrü göstərdi ki, onun regional siyasəti, münaqişələrə baxışı fərqlidir. Tramp yeni mühafizəkar baxışa sahibdir. Yəni hər regionda düşmən və dostlar olmalıdır". 

Ekspertin sözlərinə görə, Tramp üçün İran düşmən olmaqda davam edəcək, lakin böyük savaş çıxmayacaq.

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->