ABŞ prezidenti Donald Trampın Ali Məhkəmə üzvlüyünə namizəd kimi irəli sürdüyü Brett Kavanaugh Senatda keçirilən ilkin səsvermədə lazımi dəstəyi qazana bilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Senatda keçiriləcək növbəti səsvermədə də müsbət nəticə əldə edilsə, Kavanaugh ömürlük ABŞ Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək.
Əgər Tramp istəyinə nail olsa, transseksualların orduda xidmətinin qadağan edilməsi, miqrasiya siyasəti, abort və s. mübahisəli mövzularda üstünlük əldə edəcək.
Qeyd edək ki, Brett Kavanaugh son dövrlərdə həm də cinsil zorakılıq ittihamları ilə gündəmdədir.
Gülşən