Xəbər lenti

Tramp: Almaniyanı borclu çıxartdı
Dünya18:32 18.03.2017

Tramp: Almaniyanı borclu çıxartdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhlükəsizliyinin təmin olunmasına görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb.
 APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkellə  görüşündən bir gün sonra ABŞ prezidenti Donald Tramp bəyan edib. 
“Güclü və çox baha başa gələn müdafiəsinin təmin edilməsinə görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”, - deyə Tramp “Tvitter” hesabında yazıb.   
“Saxta məlumatlara baxmayaraq, Merkellə görüş əla keçib”, - deyə Tramp qeyd edib.    
Qaynar.Az