Xəbər lenti

Tramp: "Almaniyanı Rusiyadan qorumağa ehtiyac yoxdur"
Dünya14:26 30.07.2020

Tramp: "Almaniyanı Rusiyadan qorumağa ehtiyac yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Almaniyanı Rusiyadan qorumağa ehtiyac yoxdur, çünki federativ hökumət Rusiyadan hər il milyardlarla dollarlıq enerji alır".
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb. O, Almaniyanın NATO-ya verdiyi pulun miqdarını ümumdaxili məhsulun 2 faizinə qədər artırmağı düşünmədiyini vurğulayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatlar qoşunlarının bir hissəsini Almaniyadan çıxarır.
Xatırladaq ki, bundan öncə Pentaqon Almaniyadan 12 min əsgərin çıxarılması barədə qərar qəbul etdiyini açıqlamışdı. Qərar görə 6,4 min əsgər ölkəyə qayıdacaq, 5,6 mini isə digər Avropa ölkələrinə yönləndiriləcək.
Camal