Xəbər lenti

Tramp "Apple" sahibinin soyadını dəyişdi (VİDEO)
Dünya06:08 08.03.2019

Tramp "Apple" sahibinin soyadını dəyişdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Texnologiya nəhəngi "Apple"ın baş icraçı direktoru Tim Kuk "Twitter" hesabında adının sonuna şirkətin loqosunu əlavə edib.
Qaynarinfo xəbər verir ki, Tim Kuk bu addımı ABŞ prezidenti Donald Tramp onu "Tim Apple" adlandırandan sonra atıb. "Apple" rəhbərini Ağ Evdə qəbul edən Tramp çıxışı zamanı "Ölkəmizə böyük investisiya yatırmısınız. Biz bunu yüksək qiymətləndiririk, Tim Apple", - deyə bildirmişdi.
Qeyd edək ki, Trampın bu səhvi sosial mediada gülüş və müzakirələrə səbəb olmuşdu.
Gülşən