Xəbər lenti

Tramp: "Avropa İttifaqı ABŞ-dan faydalanmaq üçün qurulub"
Dünya05:54 15.07.2020

Tramp: "Avropa İttifaqı ABŞ-dan faydalanmaq üçün qurulub"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avropa ölkələri Birləşmiş Ştatlardan faydalanmaq məqsədilə bir araya gəliblər".
Qaynarinfo xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Dinald Tramp deyib. O, dünya ölkələri, o cümlədən Avropa ilə böyük iqtisadi yarışda olduqlarını və heç vaxt ABŞ-a yaxşılıq etmədiklərini bildirib.
Tramp Avropa İttifaqını yaratmaq məqsədinin guya ABŞ-dan bəhrələnmək olduğunu sözlıərinə əlavə edib, ancaq mövqeyini təsdiqləyəcək heç bir fakt göstərməyib.
Qeyd edək ki, Tramp administrasiyası təkcə Çinə qarşı deyil, eyni zamanda Avropa ölkələrinə qarşı da müxtəlif ticarət rüsumları tətbiq edib.
Camal