ABŞ prezidenti Donald Tramp Avropanın Ukraynaya ötürmək məqsədilə Amerika istehsalı olan silahları almasına icazə verməyə hazır olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” Trampın sözlərinə istinadla
yazır.
"Bloomberg” sitat: "Bu addım potensial olaraq Ukraynanın Amerika silahlarından istifadə etməsinə imkan verəcək. Hətta əgər ABŞ Ukraynaya birbaşa hərbi dəstəyi dayandırsa belə, Tramp üç ildir davam edən müharibəni dayandırmaq üçün razılığa gəlməyə çalışır”.
Nəşrin məlumatına görə, Tramp administrasiyası Qərb müttəfiqlərinə onların Amerika istehsalı olan silah və hərbi texnika almalarını istədiyini bildirib. Bu, həm NATO-nun gücləndirilməsi, həm də ABŞ-ın hərbi sənayesinin inkişafı məqsədi daşıyır.
Eyni zamanda, Vaşinqton Avropanın daha çox Amerika enerji resursları almasını istəyir.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Avropa ölkələrindən Ukraynaya hansı silahları, sülhməramlı qüvvələri və təhlükəsizlik tədbirlərini təqdim edə biləcəkləri barədə ətraflı məlumat vermələrini istəyib.
Vaşinqton, həmçinin, Avropa dövlətlərindən təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər hazırlamalarını istəyib və bu tədbirlərin həyata keçirilməsi üçün ABŞ-dan nə tələb olunduğunu soruşub.
Alpər