Xəbər lenti

Tramp Ayovada qalib gəldi - O, hakimiyyətə qayıda biləcək? (ŞƏRH)
Dünya08:54 16.01.2024

Tramp Ayovada qalib gəldi - O, hakimiyyətə qayıda biləcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Trampın yenidən hakimiyyətə gəlmək ehtimalı yüksəkdir. Ona mane ola bilməyəcəklər".
Bunu Qaynarinfo-ya politoloq Cümşüd Nuriyev ABŞ-ın Ayova ştatında respublikaçılar apasında keçirilən ilkin səsvermədə sabiq prezident Donald Trampın qələbəsini şərh edərkən deyib.
Cümşüd Nuriyev vurğulayıb ki, ABŞ-da hazırda siyasi xaos yaranıb, Bayden hakimiyyəti idarə edə bilmir: 
"Onun verdiyi qərarla danışığı bir-birinə uyğun gəlmir. Dövlət katibi tək qalıb. Müdafiə naziri xəstədir. Bu ölkədə demokratların hakimiyyəti əsasən müharibə aparmaqla keçib. Müharibələr isə ABŞ-ın özü üçün də həddən artıq problem yaradır".
Politoloq bildirib ki, ABŞ-ın kifayət qədər borcu var, Birləşmiş Ştatlar iqtisadi güc baxımından da dünya liderliyini Çinə verməli olub:
"Belə bir şəraitdə təbii ki, ABŞ hegomonluğunu itirməyə doğru gedir. Bu isə dərin dövləti narahat edir. Ona görə də onlar hakimiyyətə yenidən Trampı qaytarmağa çalışırlar. Çünki Tramp güclü ABŞ tərəfindədir. Hadisələrin gedişi göstərir ki, Trampa mane ola bilməyəcəklər. Onun hakimiyyətə yenidən sahib olma ehtimalı çox yüksəkdir. Çünki Baydenin idarəçilik sistemi ABŞ-ı həddən artıq narahat edib. Trampın qalib gəldiyi Ayova ştatı həlledici ştat olmasa da, hadisələrin gedişi göstərir ki, əsas aparıcı ştatlarda da o böyük üstünlüklə qalib gələcək".
Qeyd edək ki, ABŞ-ın Ayova ştatında Respublikaçılar Partiyası daxilində keçirilən prezidentliyə namizəd seçkilərində keçmiş prezident Donald Tramp qalib gəlib. Tramp səslərin 55,8 faiz səsini toplayaraq, seçki marafonuna qələbə ilə başlayıb. 
Rüfət Sultan