Xəbər lenti

Tramp Baydenin faşistlər tərəfindən idarə olunduğu dedi
Dünya06:57 18.02.2024

Tramp Baydenin faşistlər tərəfindən idarə olunduğu dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Amerikanın hazırkı lideri Co Bayden faşistlər tərəfindən idarə olunur. 
Qaynarinfo xəbər verir ki, bu barədə o, Miçiqan ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Co Bayden və ona nəzarət edən faşistlər demokratiyanı təhdid edirlər", deyə siyasətçi qeyd edib.
Keçmiş prezident vurğulayıb ki, ABŞ cənub sərhədindəki vəziyyətə, eləcə də çoxlu sayda qeyri-qanuni miqrantlara görə üçüncü dünya ölkəsinə çevrilib.
Trampın fikrincə, Bayden həm korrupsioner, həm də qorxunc prezidentdir.
Bundan əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmək istəyən Tramp çoxlu sayda qeyri-qanuni miqrantın ölkəyə sızması səbəbindən ABŞ-ın çox da uzaq olmayan gələcəkdə terror hücumları ilə üzləşəcəyini bildirib.
Aydın