Xəbər lenti

Tramp bu dəfə Fransanın birinci xanımını hədəfə aldı (VİDEO)
Dünya06:09 14.07.2017

Tramp bu dəfə Fransanın birinci xanımını hədəfə aldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp dünən Fransa səfərinə start verib və görüş maraqlı görüntülərlə yadda qalıb.

"Qaynarinfo" "CNN"ə istinadən xəbər verir ki, Tramp və xanımı bu gün Bastiliya günü münasibətilə təşkil ediləcək paradda iştirak edəcək. 

Dünən bir araya gələn ABŞ və Fransa prezidentlərinin görüşündə maraqlı anlar yaşanıb. Belə ki, Donald Tramp yenidən qeyri-ənənəvi görüş mərasiminə səbəb olub. Fransa prezidenti Emmanuel Makronla salamlaşandan sonra "first lady" Bricit Makronla əllə görüşmək istəyən Trampın niyyəti yenə baş tutmayıb və o xanım Makronu qucaqlayaraq öpüb.

Bu ikili arasında olan digər diqqət çəkən məsələ isə Trampın "Çox yaxşı vəziyyətdəsiniz" deməsidir. ABŞ prezidentinin bu fikrini "first lady" Melaniya Tramp təsdiq edərək "Gözəldir" deyib. 

Gülşən

Qaynarinfo.Az