ABŞ Prezidenti Donald Trump İranla bağlı yeni açıqlama verib.
Qaynarinfo-nun məlumatına görə, Tramp bu barədə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, İran Hörmüz boğazı ərazisində hərəkət edən gəmilərə bir neçə pilotsuz uçuş aparatı və raket atıb.
ABŞ liderinin sözlərinə görə, ötən gecə İran hədəflərinə qarşı genişmiqyaslı zərbələr endirilib və vəziyyətdən asılı olaraq bu gecə də analoji əməliyyat keçirilə bilər.
"Ötən gecə onlara çox ciddi zərbələr endirdik. Bu gecə də yenidən güclü zərbə endirə bilərik. Kiçik bir xəbərdarlıq edirəm. Hadisələrin necə inkişaf edəcəyini birlikdə görəcəyik", – deyə Tramp vurğulayıb.
Şərhlər