Xəbər lenti

Tramp: Co Bayden Rusiya və Çini “evlənməyə” məcbur etdi
Dünya 14:48 17.07.2024

Tramp: Co Bayden Rusiya və Çini “evlənməyə” məcbur etdi

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Co Bayden Rusiya və Çini yaxınlaşmağa sövq edib. Onun sözlərinə görə, ABŞ-ın hazırkı rəhbərinin səriştəsizliyi ucbatından dünya üçüncü dünya müharibəsinin astanasında ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Bloomberg”ə müsahibəsində deyib.

"Üç il yarım əvvəl biz ciddi səhvə yol verdik, çünki Bayden bacarıqsız insandır. O, indi müttəfiq kimi çıxış edən Rusiya və Çin arasında yaxınlaşmanı təşviq edib. Onlara İranla yanaşı, Şimali Koreya da qoşulub. Onların başqa heç kimə ehtiyacı yoxdur”, – Tramp bildirib. ABŞ-ın keçmiş prezidentinin sözlərinə görə, Co Bayden Rusiya və Çini "evlənməyə” məcbur edib.

Donald Tramp qeyd edib ki, ABŞ-ın hazırkı prezidentinin ətrafındakılar "nə etdikləri barədə heç bir təsəvvürü olmayan faşistlərdir”. Ağ Evin keçmiş rəhbəri Co Baydenin prezidentliyinin başa çatmasına beş ay qaldığını da qeyd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->