Xəbər lenti

Tramp da Rusiyanı soyqırım törətməkdə ittiham etdi
Dünya13:15 14.04.2022

Tramp da Rusiyanı soyqırım törətməkdə ittiham etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikanın keçmiş prezidenti Donald Tramp hazırki prezident Co Baydenin ardınca Rusiyanı soyqırım törətməkdə ittiham edib.
Qaynarinfo "The Hill” saytına istinadla xəbər verir ki, bu barədə Tramp Fox News kanalına müsahibəsində deyib.
Hazırkı prezidenti Baydeni tənqid edən Tramp Ukraynada baş verənləri də xatırladıb və onu soyqırım adlandırıb.
Baydenin qərarlarının ölkədə rekord həddə inflasiya yaratdığını deyən Tramp əlavə edib: "İndi isə bunun üstünə Ukraynada baş verənləri gəl. Bu soyqırımdır”.
Vladimir Putinlə yaxın əlaqəsinə görə öyünən Tramp bundan əvvəl Rusiyanın Ukraynaya hücumunu "Holokost” adlandırmışdı.
"Mənim sayəmdə bizim bütün dünyada ən güclü və ən yaxşı döyüş qabiliyyətli nüvəmiz var”, - Tramp deyib:
"Fikirləşirəm ki, 100 il sonra insanlar geri baxıb soruşacaqlar ki, necə oldu biz geri çəkildik? Necə oldu ki, NATO geri çəkildi”.
Nurlan Hüseynov