Xəbər lenti

Tramp yeni büdcəni təsdiq etdi
Dünya06:30 26.01.2019

Tramp yeni büdcəni təsdiq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp hökumətin yenidən açılmasına razı olub.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, 35 gündən sonra hökumət fəaliyyətinə müvəqqəti olaraq və qismən davam edəcək. Tramp Konqresin qəbul etdiyi müvəqqəti büdcəni təsdiq edib. Qəbul edilən büdcə 15 fevrala qədər hökuməti maliyyələşdirəcək. Məbləğdə mübahisəli "Meksika divarı"nın tikinti xərcləri nəzərdə tutulmayıb. 
Qeyd edək ki, ABŞ hökuməti 22 dekabr 2018-ci ildən fəaliyyətini qismət dayandırmışdı. Bu dövrdə 800 min işçi məcburi tətilə göndərildi və ya pulsuz işləmək məcburiyyətində qaldı. 
Demokratlar Partiyası Senatda keçirilən səsvermədə "Meksika divarı"nın tikintisini nəzərdə tutan büdcə əleyhinə səs verir.
Gülşən