Xəbər lenti

Tramp Demokratları "Fövqəladə Vəziyyət"lə hədələdi
Dünya06:18 05.01.2019

Tramp Demokratları "Fövqəladə Vəziyyət"lə hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp ölkədə Fövqəladə Vəziyyət elan edə bilər.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, prezident bu addımı "Meksika divarı"nı Konqresin təsdiqi olmaqdan tikmək üçün atmaq niyyətindədir. 
Ölkədə hökumət 22 dekabrdan bəri qismən bağlıdır və 800 min dövlət işçisi ödənişsiz qalıb. 
Qeyd edək ki, Tramp Meksikadan miqrant axınını dayandırmaq üçün divar tikintisini və bu layihə üçün 5 milyard dollar məbləğ tələb edir. Demokratlar Partiyası məsələyə razılıq vermədiyi üçün büdcə layihəsi hələ də təsdiq edilməyib.
Bu gün Ağ Ev və Konqres rəsmiləri böhranın müzakirəsi üçün yenidən görüşəcəklər.
Gülşən