Xəbər lenti

Tramp Çexiyada hakimiyyətə gəlir
Dünya09:11 22.10.2017

Tramp Çexiyada hakimiyyətə gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çexiyanın Trampı hesab edilən milyarder biznesmen Andrej Babişin rəhbərlik etdiyi Narazı Vətəndaşlar Hərəkatı parlament seçkilərində qalib gəlib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 200 deputatdan ibarət parlament üzvlərini müəyyənləşdirmək üçün 31 partiya və 7539 nəfər namizəd yarışıb. Qeyri-rəsmi nəticələrə görə NVH 29,8% səslə seçkilərin qalibi olub. Vətəndaş Demokratiya Partiyası 11,2%-lə 2-ci, Azadlıq və Demokratiya Partiyası isə 10,7%-lə 3-cü sırada qərarlaşıb. Nəticələr barədə açıqlama verən qalib partiyanın sözçüsü Yaroslav Faltinek koalisiya höküməti barədə 2 partiyaya təklif irəli sürəcəklərini açıqlayıb.

Son məlumata əsasən 8 partiya parlamentdə yer alacaq. 

Qeyd edək ki, Andrej Babiş ölkədə siyasi partiyalara və Avropa İttifaqına qarşı çıxışlarına görə ABŞ prezidenti Donald Trampa bənzədilir.

Gülşən

Qaynarinfo.Az