ABŞ prezidenti Donald Tramp sabiq Milli Təhlükəsizlik katibi Maykl Flinlə bağlı açıqlama verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Tramp Maykl Flinin prezident köməkçisi Mayk Pens və Federal Tədqiqatlar Bürosuna yalan dediyi üçün vəzifəsindən azad edildiyini deyib. O həmçinin qeyd edib ki, Maykl Flinin rusiyalı şəxslərlə görüşü tamamilə qanunidir.
Seçki kampaniyası dövründə Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşən Flinin bu görüş barədə yanlış məlumat verdiyi ortaya çıxmış, daha sonra o vəzifəsindən azad edilmişdi.
Gülşən