Xəbər lenti

Tramp "Google"u hədəf seçdi: Çinə işləyir...
Dünya12:18 17.03.2019

Tramp "Google"u hədəf seçdi: Çinə işləyir...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp "Google"u Çinə və ordusuna yardım etməkdə ittiham edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Twitter hesabında yazıb:
""Google" Çinə və ordularına kömək edir, ancaq ABŞ-a deyil. Dəhşət! Yaxşı xəbər odur ki, onlar Hillari Klintona da kömək etdilər, amma Trampa yox. Və bundan nə çıxdı?"
Google isə sözügedən iddiaları rədd edib.
"Çin ordusu ilə çalışmırıq. Kiberhücumla, işçi qəbulu və əhalinin təhlükəsizliyi kimi bir çox sahələrdə Müdafiə Nazirliyi də daxil olmaqla ABŞ hökuməti ilə çalışırıq", - deyə açıqlamada qeyd olunub.