Xəbər lenti

Tramp Harrislə debata çıxmağa hazır olduğunu bildirdi – Həm də bir neçə dəfə
Dünya 14:37 24.07.2024

Tramp Harrislə debata çıxmağa hazır olduğunu bildirdi – Həm də bir neçə dəfə

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə ona rəqib ola biləcək vitse-prezident Kamala Harrislə hətta bir neçə debata hazır olduğunu bəyan edib.

Qaynarinfo xəbər verir ki, Trampın bəyanatını "Politico” nəşri yayıb.

Keçmiş ABŞ prezidentinin Harrislə birdən çox debatda iştirak etməyə "istəkli" olduğu bildirilir.

Sentyabrın 10-na planlaşdırılan növbəti debatın ABC News-da yayımlanması planlaşdırılır. Son günlərdə Tramp debatlara Fox News-un ev sahibliyi etməsində israr edib.

Lakin çərşənbə axşamı jurnalistlərlə danışıq zamanı Tramp ABC-də olub-olmamasından asılı olmayaraq, Harrislə debata girəcəyini və "birdən çox debata girməyə hazır olacağını" söyləyib.

Eyni zamanda, o, əlavə edib ki, "ABC-dən ötrü ürəyi getmir", Trampa görə, ABC daha çox elə Co Bayden və Harrisə meyillidir.
O, həmçinin qeyd edib ki, "debat prezidentlik yarışı üçün vacibdir”.

"Düşünürəm ki, əgər siz Demokratlar və ya Respublikaçılar Partiyasının namizədisinizsə, həqiqətən də debata girmək öhdəliyiniz var”, - Tramp deyib.

Xatıladaq ki, Kamala Harris hələ ABŞ prezidentliyinə namizəd deyil, lakin artıq  Demokratlar Partiyasının qurultayında nümayəndələrin əksəriyyətinin dəstəyini qazanıb.

Harrisin partiyanın rəsmi prezidentliyə namizədi olması üçün səsvermə gələn ayın əvvəlində - avqustun 19-22-də Demokratlar Partiyasının Çikaqoda keçiriləcək Milli Konvensiyasından əvvəl keçiriləcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->