Xəbər lenti

Tramp həbs olunduğu günü “ən yaxşı gün” elan etdi
Dünya09:05 06.04.2023

Tramp həbs olunduğu günü “ən yaxşı gün” elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş prezidenti Donald Tramp aprelin 4-də rəsmi saxlanmasını "inanılmaz təcrübə” adlandırıb və bunun onun reytinqinə müsbət təsir etdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, Tramp "Truth Social” hesabında "heç bir səbəb olmadan həbs edildiyi” çərşənbə axşamı "əsassız ittiham olunan biri üçün bəlkə də tarixdə ən yaxşı gündür” deyə yazıb. Siyasətçi həmçinin qeyd edib ki, onun reytinqi "heç vaxt bu qədər yüksək olmayıb” və seçki kampaniyası üçün 10 milyon dollar toplaya bilib.
Sorğu göstərdi ki, Tramp 2024-cü il seçkilərində partiya tərəfdarları arasında ən populyar Respublikaçı namizəd olub, onun populyarlığı iki həftə ərzində 10% artıb.
Xatırladaq ki, ABŞ-ın eks-prezidenti kompromat sübutları və qanunsuz fəaliyyətləri gizlətmək məqsədilə birinci dərəcəli saxta biznes sənədləri hazırlamaqda ittiham olunur, ittihamda 34 bənd var. Tramp özünü təqsirli bilməyib. Məhkəmə iclasından sonra o, Floridadakı Mar-a-Laqo iqamətgahına qayıdıb. Növbəti iclas dekabrın 4-nə planlaşdırılıb.
Alpər