
ABŞ prezidenti Donald Tramp transgenderlərion orduya qatılmasının əleyhinə qərar çıxarmaqda israrlıdır.
"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, Tramp sabiq prezident Barak Obamanın bir il əvvəl qüvvəyə mindirdiyi qərarın ləğv olunmasını istəyir.
Tramp bununla bağlı "Twitter" hesabında yazıb ki, ordu generallaları və hərbi ekspertlərlə məsləhətləşmələrdən sonra bu qərar verilib.
"Ordumuz diqqətini transseksualların orduya qoşulmaq üçün bahalı əməliyyatları deyil, qətiyyətli qələbələrə yönəltməlidir".
Təxminlərə görə, ABŞ ordusunda aktiv vəzifələrdə 2500-ə yaxın transseksual xidmət göstərir. 1500 transgender ehtiyatdadır. Tramp onların aqibəti barədə açıqlama verməyib.
Bu arada ABŞ ordusunun rəsmiləri 250 nəfərin cinsiyyətini dəyişməyə hazır olduqlarını deyib.
Trampın qərarına dərhal kəskin reaksiyalar bildirilib. Transseksualların hüquqlarını müdafiə edən İnsan Haqları Kampaniyasının prezidenti Çad Qriffin deyib ki, mən elə transgenderlər tanıyıram ki, onlar vətənləri üçün Trampın həyatı boyu etmədiyini ediblər.
Qaynarinfo.Az