ABŞ Prezidenti Donald Tramp Çinin Sincan Uyğur Muxtar Vilayətindəki uyğur türklərinə göstərilən təyiqlər səbəbindən bəzi çinli rəsmilərə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri yazılı açıqlama verib. Qanunda uyğur türkləri və digər müsəlman azlıqlara qarşı göstərilən şiddət və təzyiqə görə məsuliyyət daşıyan çinli rəsmilərə qarşı sanksiya tətbiq olunması üçün çağırış edilib. Sözügedən sanksiyalar sırasında həmin şəxslərin ABŞ-dakı vəsaitlərinin dondurulması və onlara viza qadağasının qoyulması da yer alır.
Layihədə həmçinin ABŞ Dövlət Departamentinin bölgədə insan haqlarının pozaulmasına dair hesabat hazırlaması da nəzərdə tutulub.
Qeyd edək ki, layihə mayın 15-də Senatda, 27-də isə Nümayəndələr Palatasında qəbul edildikdən sonra təsdiq edilməsi üçün ölkə prezidentinə təqdim edilmişdi.
Camal