Xəbər lenti

Tramp İrana hərbi zərbələr endiməyə çalışır (ŞƏRH)
Dünya14:00 23.12.2020

Tramp İrana hərbi zərbələr endiməyə çalışır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fars körfəzi ətrafında ABŞ-ın nəhəng qüvvəsinin cəmləşməsi müşahidə olunur. Aralarında ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibindəki nüvə mühərrikli 5  sualtı qayıqdan biri olan və göyərtisində 154 BGM-109 Tomahawk raketi daşıyan USS Georgia (SSGN 729) sualtı qayığının, eləcə də USS Port Royal (CG 73) və USS Philippine Sea (CG 58) raket daşıyan döyüş gəmilərinin yer aldığı nəhəng hərbi qüvvənin Fars körfəzində çəmləşməsi ABŞ-ın İrana hərbi zərbə endirməyə hazırlaşması kimi şərh olunur.
Belə fikirlər mövcuddur ki, Donald Tramp prezident kürsüsün tərk etməzdən öncə İranın nüvə obyektlərinə zərbə endirilməsinə göstəriş verəcək. 
Politoloq Xaqani Cəfərli Qaynarinfo-ya verdiyi açıqlamada bildirib ki, İranın nüvə obyektlərinə hərbi zərbələrin endirilməsi çox realdır:
"Amerikada hesab edirlər ki, İranın nüvə silahına malik olması regionda qüvvələr nisbətinə ciddi təsir göstərəcək. Region dövlətləri, başda Türkiyə olmaqla Səudiyyə Ərəbistanı, Misir və s. ərəb ölkələri də nüvə silahı əldə etmək istəyəcək. Bu isə onsuz da dünyanın ən qaynar bölgəsi hesab olunan Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcək. Tramp prezidentliyin son günlərində İrana zərbə vura bilər. Nüfuzlu medialar da bunu real sayır. 
Pentaqon rəhbərinin dəyişməsi də buna hazırlıq kimi qiymətləndirilir. Həmçinin, İranın nüvə obyektlərinə zərbə vurmaq üçün Trampın Konqresin və ya Senatın icazəsinə ehtiyacı yoxdur. Belə ki, ABŞ-ın Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birbaşa Trampın əmrinə əsasən belə əməliyyatlar həyata keçirə bilər. Məlum olduğu kimi, İranın nüvə alimi bir qədər əvvəl öldürüldü. Böyük ehtimalla bu əməliyyatı da ABŞ-ın Dəniz Qüvvələrinin xüsusi təyinatlıları həyata keçirtdi”.
İranın nüvə obyektlərinə endiriləcək hərbi zərbələrdən sonra regionda güc balansının kəskin şəkildə dəyişəcəyini bildirən politoloq hesab edir ki, Yaxın Şərqdə yeni reallıqlar yaranacaq: 
"Tramp istədiyini həyata keçirə bilsə, təkcə nüvə obyektlərinə deyil, İranın hərbi obyektlərini də sıradan çıxarmağa çalışacaq”.
Orxan Əhmədli