Xəbər lenti

Tramp İrana qarşı tələblərini açıqlayıb
Dünya05:58 09.05.2018

Tramp İrana qarşı tələblərini açıqlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp dünən İranla imzalanmış nüvə sazişindən imtina barədə qərar qəbul etdi. Ölkənin Xəzinə Nazirliyi İrana qarşı sanksiyaların 90 və 180 gün ərzində yenidən start götürəcəyini açıqlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyalar əsasən İranın fəaliyyətinə dəstək verən İran İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyə mənbələrini hədəf alacaq. 
Donald Tramp qərardan sonra həmçinin İrana qarşı tələblərini irəli sürüb:
"İran qitələrarası ballistik və nüvə raketləri istehsal etməməli, raket texnologiyasını digər ölkələrə verməməlidir. Həmas, Hizbullah, Əl Qaidə, Taliban kimi terror təşkilatlarına verdiyi dəstəyi kəsməli, İsrailə qarşı hədələrə son qoymalı, Yaxın Şərqə, Yəmənə müdaxiləsinə xitam verməlidir. İran ABŞ, İsrail və bu ölkələrin müttəfiqlərinə qarşı kiber hücumlarını, insan haqqlarının pozulması hallarını dayandırmalı, ABŞ və digər xarici ölkələrin vətəndaşlarını qeyri-qanuni həbsdə saxlamamalıdır".
Qeyd edək ki, İran və ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya, Almaniya arasında əldə edilmiş nüvə razılaşması 2015-ci ildə imzalanmışdı. Sazişə əsasən, İran nüvə silahından imtina edir, qarşılığında isə tətbiq edilən sanksiyalar dayandırılırdı. Trampın qərarından sonra müqaviləni imzalamış digər ölkələr razılaşmadan imtina etməyəcəklərini açıqlayıblar. 
Gülşən