Xəbər lenti

Tramp İŞİD-lə bağlı tapşırıq verdi
Dünya06:00 29.01.2017

Tramp İŞİD-lə bağlı tapşırıq verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə 30 gün ərzində İŞİD-in məhv edilməsinə dair plan hazırlamağı tapşırıb.
Qaynarinfo.Az bildirir ki, APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, bu barədə D.Trampın imzaladığı müvafiq fərmanda bildirilir.   
Bundan əvvəl D.Trampın Pentaqona İŞİD-lə mübarizə üzrə koalisiya üçün yeni müttəfiqlərin  müəyyənləşdirilməsinə dair göstəriş verib.
Qeyd edək ki, İŞİD-lə mübarizədə ABŞ-Rusiya əməkdaşlığının genişləndirilməsi məsələsi ötən gün Donald Tampla Vladimir Putin arasında baş tutmuş telefon danışığı zamanı əsas müzakirə mövzularından biri olub. 
Qaynarinfo.Az