ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) səfir təyin etmək üçün ABŞ-ın Carl's Jr və Hardee's fastfud restoranlarının ana şirkəti olan CKE Restaurants-un sabiq baş direktoru Endryu Pazderi seçmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım
edib.
Pazder, 17 il ərzində CKE Restaurants-un baş direktoru olub və bu müddətdə şirkəti maliyyə problemlərindən qurtarıb, onu dayanıqlı və inkişaf edən bir biznes halına gətirib.
Tramp bu seçimlə bağlı açıqlamasında bildirib:
"Endryu ölkəmizin maraqlarını bu mühüm regionda mükəmməl şəkildə təmsil edəcək. Təbriklər, Endryu!"
Qeyd edək ki, Tramp 2017-ci ildə Pazderi əmək naziri vəzifəsinə namizəd göstərsə də, keçmiş həyat yoldaşının onu məişət zorakılığında ittiham etməsi səbəbindən təyinat həyata keçməmişdi.
Tramp bu xəbəri açıqlamadan öncə jurnalistlərə bildirib ki, "Avropa İttifaqı bizə çox ədalətsiz davranır" və "onları tariflər gözləyir".
Alpər
Şərhlər