Xəbər lenti

Tramp Kimdən əvvəl Munla görüşəcək
Dünya06:28 05.05.2018

Tramp Kimdən əvvəl Munla görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp Cənubi Koreya prezidenti Mun Çey İnlə görüşəcəklərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, görüş 22 mayda Ağ Evdə baş tutacaq. İki ölkə lideri 3-cü dəfə bir araya gələcək və əsas mövzu 27 apreldə keçirilmiş Cənubi və Şimali Koreya rəhbərlərinin tarixi qarşılaşması olacaq. 
Donald Tramp yaxın həftələrdə Şimali Koreya lideri Kim Çen İnlə də bir araya gələcək. Liderlərin görüşü iyunun əvvəllərində planlaşdırılırdı. Tramp dünən sammit yeri və vaxtının artıq dəqiqləşdirildiyini elan etdi, lakin detallar barədə məlumat vermədi. O, daha əvvəl görüşün Şimali və Cənubi Koreya sərhəddində yerləşən "Sülh Evi"ndə baş tutmasının tərəfdarı olduğunu dilə gətirmişdi.
Gülşən