Pentaqon Cənubi Koreya ilə nəzərdə tutulmuş 3 hərbi təlimi qeyri-müəyyən müddətə təxirə salıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Dana Vayt məlumat verib və qərarı 12 iyun Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında əldə edilmiş razılaşmanın icrası adlandırıb.
Təxirə salınan təlimlər arasında Şimali Koreya tərəfindən xüsusi olaraq tənqid edilən "Azadlıq gözətçisi" adlı təlim də var.
Qeyd edək ki, Şimali Koreya ABŞ-la sülh danışıqlarının davam etməsi üçün Koreya yarımadasında hərbi təlimlərin dayandırılmasını tələb etmişdi.
Gülşən